AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ABŞ Kaşıkçının ölümündə Səudiyyə şahzadəsini günahlandırdı

  • + A
  • - A
  • 27-02-2021, 00:27



    ABŞ jurnalist Camal Kaşıkçının qətlə yetirilməsi qərarını Səudiyyə Ərəbistanı vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın təsdiq etdiyini açıqlayıb.

    AzadMedia.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ kəşfiyyatının açıqladığı hesabatda deyilir.

    Bildirilib ki, Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunda öldürülən jurnalistlə bağlı hesabatı ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) başda olmaqla, ölkənin kəşfiyyat orqanları hazırlayıb.

    “Səudiyyə Ərəbistanı vəliəhdi Şahzadə Məhəmməd bin Salmanın səudiyyəli jurnalist Camal Kaşıkçının Türkiyənin İstanbul şəhərində yaxalanması, ya da öldürülməsi ilə bağlı əməliyyatı təsdiqlədiyi nəticəsinə gəlmişik.

    Bu nəticə Şahzadə Məhəmməd bin Salmanın ölkədə qərarvermə mexanizmlərini idarə etdiyi, cinayətdə Şahzadənin vacib bir müşavirinin və təhlükəsizlik qüvvələrinin yer aldığı, Şahzadənin Kaşıkçı da daxil olmaqla, xaricdəki müxalifləri susdurmaq üçün şiddətə əl atdığı həqiqətini əsas götürərək əldə edilib”, - hesabatda vurğulanır.

    Qeyd edək ki, Məhəmməd bin Salmanı tənqid etməsi ilə tanınan və “Washington Post” qəzetində köşə yazarı olan Camal Kaşıkçı 2 oktyabr 2018-ci ildə getdiyi Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğundan bir daha çıxmamışdı. Kaşıkçının konsulluqda qətlə yetirildiyi və meyitinin parçalandığı məlum olmuşdu.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR