AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ərdoğanla Putin arasında telekörpü keçiriləcək

  • + A
  • - A
  • 1-03-2021, 14:27



    Rusiya və Türkiyə Prezidentləri Vladimir Putinlə RəcəbTayyib Ərdoğan arasında “Akkuyu” AES-in üçüncü blokunun inşasına başlanılması münasibətilə telekörpü keçiriləcək.

    Azadmedia.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov təsdiqləyib.

    “Bəli, həqiqətən, “Akkuyu”nun üçüncü blokunun tikinti mərhələsinin başlanğıcına həsr olunmuş bir mərasim hazırlanır. Prezident Ərdoğan və Prezident Putin arasında bu inşaatın başlaması münasibətilə telekonfransın təşkili hazırlanır”,- deyə Peskov qeyd edib.

    Peskov bu yaxınlarda dövlət başçıları arasında ətraflı telefon danışığının baş tutduğunu və əlaqə zamanı onların telekörpü barədə danışdıqlarını bildirib.

    “Prezidentlər ehtiyac görmədikləri təqdirdə, “Akkuyu”dan başqa heç bir mövzuda substantiv danışıqların aparılması planlaşdırılmır”, - deyə Peskov vurğulayıb.

    Qeyd edək ki, daha əvvəl Türkiyənin Enerji Nazirliyinin rəhbəri Fatih Dönmez martın 10-u “Akkuyu” AES-in 3-cü blok tikintisinin beton tökmə mərasimində Rusiya və Türkiyə Prezidentlərinin onlayn iştirakının planlaşdırıldığını açıqlamışdı.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR