AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Güclü əsəcək, yağış, yağış yağacaq - XƏBƏRDARLIQ

  • + A
  • - A
  • 26-03-2021, 12:01


    Martın 27-də gözlənilən hava şəraiti açıqlanıb.

    Milli Hidrometeorologiya Xidmətindən verilən məlıumata görə, martın 27-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Gündüz yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var. mülayim şimal-qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 5-7 dərəcə isti, gündüz 7-9 dərəcə isti olacaq.
    Bakıda gecə 5-7 dərəcə isti, gündüz 7-9 dərəcə isti olacaq. Atmosfer təzyiqi normdan yüksək 761 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət 80-90 faiz olacaq.

    Xəbərdarlıq

    Martın 27-də gündüz Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin 15-18 m/s, arabir 20-23 m/s-dək güclənəcəyi, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var.

    Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, qərb rayonlarında dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3-6 dərəcə isti, gündüz 8-11 dərəcə isti, dağlarda gecə 3-7 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq.

    Martın 27-də Abşeron yarımadasında mülayim xəzri küləyinin arabir güclənəcəyi və rütubətli hava şəraiti gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün əsasən əlverişsizdir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR