AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan-Böyük Britaniya Hökumətlərarası Komissiyanın iclası keçiriləcək

  • + A
  • - A
  • 19-05-2021, 17:14


    Azərbaycan-Böyük Britaniya Hökumətlərarası Komissiyanın 4-cü iclası keçiriləcək.

    Bu barədə Azərbaycan Respublikasının Energetika Nazirliyi məlumat yayıb.

    Azərbaycan Respublikası Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın iclası mayın 20-də Bakı şəhərində baş tutacaq.

    Belə ki, iclasda Hökumətlərarası Komissiyanın 3-cü iclasından sonrakı dövrdə görülmüş işlər, Azərbaycan və Böyük Britaniya arasında energetika, bərpa olunan enerji və enerji səmərəliliyi, iqtisadiyyat, kənd təsərrüfatı, nəqliyyat, rabitə, ətraf mühit, təhsil, səhiyyə, turizm, mədəniyyət və digər sahələrdə mövcud əməkdaşlıq və əlaqələrin genişləndirilməsi imkanları müzakirə ediləcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR