AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Türkiyə Ali Məhkəməsinin Baş Prokurorunun Azərbaycana rəsmi səfəri başlayıb

  • + A
  • - A
  • 29-05-2021, 17:05


    Türkiyə Respublikası Ali Məhkəməsinin Baş Prokuroru Bəkir Şahin 29 may 2021-ci il tarixdə Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyevin dəvəti ilə Bakıya rəsmi səfərə gəlib.

    Baş Prokurorluğun Mətbuat xidmətindən Azadmedia.az-a bildirilib ki, Heydər Əliyev Beynəlxalq Hava Limanında qonaqları Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyev qarşılayıb.

    Səfər zamanı beynəlxalq və regional səviyyədə mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində aktual problemlərin həlli istiqamətində müzakirələrin aparılması və qarşılıqlı fəaliyyətin gücləndirilməsi ilə bağlı ikitərəfli sənədlərin imzalanması nəzərdə tutulmuşdur.
    Səfərin gedişatı barədə ictimaiyyətə ətraflı məlumat veriləcəkdir.

    Qeyd edilib ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu cinayətkarlıqla mübarizə sahəsində bir sıra beynəlxalq və regional təşkilatlarla, o cümlədən xarici ölkələrin prokurorluq və digər cinayət təqibi orqanları ilə işgüzar əlaqələr və dostluq münasibətlərinin qurulması zəminində səmərəli fəaliyyətini davam etdirir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR