AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Türkiyə millisi ikinci matçda da uduzdu

  • + A
  • - A
  • 16-06-2021, 21:58

    Türkiyə millisi ikinci matçda da uduzdu

    Futbol üzrə Avropa çempionatı davam edir.

    Azadmedia.az xəbər verir ki, günün ikinci matçında A qrupu çərçivəsində Türkiyə yığması Uels millisi ilə qarşılaşıb.

    İlk matçda İtaliya millisinə uduzan Şenol Günəşin komandası bu oyunda da məğlubiyyətlə üzləşib. Bakı Olimpiya Stadionunda keçirilən qarşılaşma Uelsin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

    Qrupun digər matçında lider İtaliya millisi İsveçrə ilə üz-üzə gələcək.

    AÇ-2020
    16 iyun

    A qrupu

    20:00. Türkiyə – Uels - 0:2

    Qol: Aaron Remsi, 43, Konnor Roberts, 90+5

    Baş hakim: Artur Dias (Portuqaliya).
    Bakı. Olimpiya Stadionu.

    Türkiyə: 23. Uğurcan Çakır, 2. Zeki Çelik, 4. Çağlar Söyüncü, 5. Okay Yokuşlu, 6. Ozan Tufan, 7. Cengiz Ünder, 9. Kenan Karaman, 10. Hakan Çalhanoğlu, 13. Umut Meraş, 17. Burak Yılmaz (k), 22. Kaan Ayhan.

    Uels: 12. Denni Uord, 4. Ben Devis, 6. Co Rodon, 7. Co Allen, 10. Aaron Remsi, 11. Qaret Byel (k), 13. Kiffer Mur, 14. Konnor Roberts, 16. Co Morrell, 20. Daniel Ceyms, 22. Kris Mefam.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR