Belçika millisi Finlandiyaya 2:0 qalib gələrək İtaliya və Niderland yığmaları kimi maksumum – doqquz xal toplamış oldu. İlk iki matçda uduzmuş Danimarka isə Rusiyaya 4:1 hesabı ilə qalib gəlməklə inanılmazı bacardı. Danimarka cəmi üç xalla və top fərqi ilə qrup ikincisi kimi 1/8 finala vəsiqə qazandı.
Üç xal toplamış Finlandiya qrupu üçüncü sırada, eyni xal toplayan Rusiya dördüncü kimi başa vurdu. III turun matçları bitdikdən sonra Finlandiyanın 1/8 finalda davam edib-etməyəcəyi bilinəcəksə, Rusiya artıq çempionatla vidalaşıb.
00:45
Belçika millisi ikinci qolu rəqib qapısından keçirdi. Bu dəfə Romelu Lukaku 81-ci dəqiqədə fərqlənərək hesabı 2:0 etdi. Bununla o da üç qolla bombardirlər cədvəlində ilk sıraya yüksəldi. İndi Lukaku Patrik Şik (Çexiya), Kriştianu Ronaldu (Portuqaliya) və Corcinio Veynaldumla (Niderland) şərikli bombardirlik edir.
00:41
Danimarka millisi Andreas Kristensenin 79 və Yoakim Mehlenin 82-ci dəqiqədə vurduğu qollarla hesab arasındakı fərqi artırdı. Danimarka Rusiyaya 4:1 qalib gəlməklə qrup ikincisi kimi 1/8 finala çıxmağa yaxındır.
00:35
Belçika millisi rəqibin avtoqolu sayəsində önə keçdi. Qapıçı Lukaş Hradetski 74-cü dəqiqədə öz qapısına qol vurub. Belçika maksimum nəticə göstərə bilər.
00:28
Rusiya millisi penaltidən fərqi azaltdı. Artyom Dzyuba penaltidən fərqləndi – 1:2. Finlandiya – Belçika oyununda isə qolsuzluq davam edir.
00:20
Danimarka millisi 59-cu dəqiqədə hesab arasındakı fərqi artırdı. Yussuf Poulsen çempionatda ikinci qolunu vurdu.
23:42
Kopenhagendə keçirilən Rusiya – Danimarka görüşündə hesab açıldı. Mikel Damsqo 38-ci dəqiqədə gözəl qola imza atdı. Bu nəticə ilə meydan sahiblərindən olan Rusiya qrup dördüncüsü kimi AVRO-2020-də mübarizəni dayandırmış olur.
23:09
Hər iki oyun artıq başlayıb. Qapılara hələ ki qol vurulmayıb.
22:30
Bu gün AVRO-2020-nin C qrupunda son matçlar keçiriləcək.
AzadMedia.Az xəbər verir ki, qrupdan Belçikanın ardından 1/8 finalda iştirak edəcək üç komandadan biri müəyyənləşəcək.
Həmin komanda saat 23:00-da başlayacaq Finlandiya – Belçika və Rusiya – Danimarka matçlarının nəticəsindən sonra bilinəcək.
Komandaların bu matçlara çıxdığı taktiki düzülüşlər və start heyətlərini təqdim edirik:
Finlandiya (5-3-2): Hradetski, Raytala, Toyvio, Arayuuri, D. Oşonesi, Uronen, Lod, Sparv (kapitan), Kamara, Pohyanpalo, Pukki
Belçika (3-4-3): Kurtua, Vermalen, Denayer, Boyata, Şadli, Vitsel, De Bröyne, Trosar, E. Azar (kapitan), Lukaku, Doku
Rusiya (5-2-2-1): Safonov, Mario Fernandez, Diveyev, Cikiya, Kudryaşov, Kuzyayev, Ozdoyev, Zobnin, Aleksey Mirançuk, Qolovin, Dzyuba (kapitan)
Danimarka (3-4-3): Smaykl, Vesterqor, Kyer, Kristensen, Mehle, Dileyni, Höybyerq, Vass, Damsqor, Poulsen, Bresveyt