AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Yevlax Gənclər evi” sosial xidmət müəssisəsinin kollektivinin iştirakı ilə YAP Yevlax rayon təşkilatı aparatında dəyirmi masa təşkil olunmuşdur

  • + A
  • - A
  • 27-07-2021, 17:15


    Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin yaradılmasının 27-ci ildönümü ilə əlaqədar olaraq Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatı tərəfindən Yevlax şəhər Gənclər və İdman İdarəsinin və “Yevlax Gənclər evi” sosial xidmət müəssisəsinin kollektivinin iştirakı ilə YAP Yevlax rayon təşkilatı aparatında dəyirmi masa təşkil olunmuşdur.

    Tədbirdə çıxış edən YAP Yevlax rayon təşkilatının aparat rəhbəri Rafiq Əliyev ölkəmizdə gənclər siyasətinin əsasını qoyan ümummilli lider Heydər Əliyevin hər zaman gəncləri Azərbaycanın gələcək qurucuları adlandırdığını, onların imkan və bacarıqlarını yüksək qiymətləndirdiyini qeyd etmişdir. Rafiq Əliyev Gənclər və İdman Nazirliyinin yaradılmasının, müstəqil Azərbaycan gənclərinin ilk ümumrespublika forumunun keçirilməsinin, hər il 2 fevral tarixinin Azərbaycan Gəncləri Günü elan edilməsinin, bu sahədə dövlət proqramlarının qəbulunun ümummillilider Heydər Əliyevin gənclərə böyük qayğısının göstəricisi olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.

    Daha sonra çıxış edənlər “Yevlax Gənclər evi” sosial xidmət müəsissəsinin direktoru Elgün Əzizov və Yevlax şəhər Gənclər və İdman İdarəsinin rəis müavini Samir Kərimovda ölkəmizdə bu gün aparılan məqsədyönlü gənclər siyasətindən danışaraq Ölkə Prezidenti cənab İlham Əliyevin bu istiqamətdə qəbul etdiyi qərarları, təsdiq etdiyi Dövlət proqramlarının uğurla icra olunduğunu diqqətə çatdıraraq, Azərbaycan gəncliyinə göstərilən diqqət və qayğıdan dolayı ölkə rəhbərliyinə təşəkkürlərini bildirmişlər. Çıxış edənlər öz növbəsində Yevlax gənclərinə göstərilən diqqətdən dolayı YAP Yevlax rayon təşkilatının kollektivinədə təşəkkür etmişlər.

    Sonda Yevlax şəhər Gənclər və İdman İdarəsinin və “Yevlax Gənclər evi” sosial xidmət müəssisəsinin bir qrup fəal əməkdaşları YAP Yevlax rayon təşkilatının fəxri fərmanları ilə təltif edilmişdir.






    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR