Pakistanın şimalında sərnişin mikroavtobusu çaya düşüb, azı 11 nəfər ölüb, daha 3 nəfər isə yaralanıb.
Bu barədə “Associated Press“ yerli polisə istinadən məlumat yayıb.
Məlumata görə, Qilqit şəhərindən Hundur kəndinə doğru hərəkət edən mikroavtobusun sürücüsü idarəetməni itirib və avtomobil Yasin çayına düşüb.
Məlumata görə, xilasedicilər hadisə yerində axtarış-xilasetmə əməliyyatı aparıblar.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.