Bu gün saat 21-00-dan avqustun 26-sı, saat 06-00-dək Bakı şəhəri, Nərimanov rayonunun Mirzə Uluqbəy küçəsində (Əhməd Rəcəbli və Faiq Yusifov küçələri arasında qalan hissəsi) aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Bildirlir ki, sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, sözügedən ərazidə diqqətli olmaları, öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.