AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Psixoloq, Deffektoloq Fidan Bağırova – “Uşaqlarda Obsesiv - Kompulsiv pozuntu, Psixoloji Kodlamalar” – Reportaj

  • + A
  • - A
  • 10-09-2021, 08:45


    Bəzən övladlarınızda uzun müddət bəzi hərəkət və ya düşüncələri təkrarladıqlarının şahidi olursunuz. Bu, insanın yaşayış tərzinə təsir edirsə, xəstəlik kimi qəbul edilir. Cəmiyyətimizdə əvəllər nadir olaraq görülən bu pozuntu hal-hazırda geniş yayılmışdır. Obsessiv-kompulsiv pozuntu (OKP), həmçinin sarışan hallar nevrozu kimi də tanınır. Bu pozuntudan uşaqların 1%-4%-i əziyyət çəkir. Onlardan təxminən yarısında xəstəlik uşaq yaşlarında başlanır və böyük yaşlarda davam edir.

    Ən çox rast gəlinənlər bunlardır:
    - Pis bir şey olacağı düşüncəsiylə tez-tez kontrol etmək;
    - Kirlilik, xəstəlik bulaşacağı düşüncəsi ilə tez-tez yuyunma;
    - Simmetriya;
    - Birinin öləcəyini və ya xəstələnəcəyini düşünmək;
    - Saymaq, sıralamaq, təkrarlamaq;
    - Toxunmaq;
    - Daimi eyni bir əşyadan istifadə etmək və s. kimi
    .


    Uşaqlarda OKP-nin yaranma səbəbləri, Uşaqlarda OKP-nin müalicə metodikası, Ailə terapiyası..

    Saydığımız bütün bu proseslərin meydana çıxmasına səbəb ola bilən hallar, nəticələri və həlli yolları barədə Psixoloq, Deffektoloq Fidan Bağırova Azadmedia.az-ın redaktoru Ülkər Piriyevanın suallarına açıqlama gətirib.


    Obsessiv-Kompulsiv sindrom nədir?

    Obsessiv-kompulsiv sindrom təkrarlanan, arzuolunmaz və tənzimlənə bilməyən fikirlərin, fantaziyaların, təsəvvürlərin, qorxuların, şübhələrin, meyllərin və hərəkətlərin yaranmasıdır. Onlar mütəmadi təkrarlanır və insan onları qeyri-təbii, qorxulu və bezdirici hesab edir. Obsessiv-kompulsiv sindrom əsasən sarışan fikirlərdən (obsessiya) və təkrarlanan hərəkətlərdən (kompulsiya) ibarət olur. Obsessiv və ya sarışan fikirlər daima insanın ağlına gəlir və iradi səy göstərərək onlardan xilas olmaq mümkün olmur.

    Psixoloq, Deffektoloq Fidan Bağırova – “Uşaqlarda Obsesiv - Kompulsiv pozuntu, Psixoloji Kodlamalar” – Reportaj

    Məsələn -
    Təmizlikdə və gigiyena ilə bağlı fikirlər, əllərin tez tez yuyulması, evin tez tez yığışdırılması, hər hansı bir hərəkətin düzgün edilməməsi ilə bağlı fikirlər, qapını bağlamamaq, qazı söndürməyi unutmaq, edilmiş olan hərəkətlərin təkrar-təkrar yoxlanılması, ətrafdakılara zərər vermək qorxusu və s. kimi

    Bu fikirlər insanda diskomfort yaradır. Məsələn, ən gərgin iş zamanı evdən çıxarkən çaydanın altını söndürdüyünü və ya əksinə söndürmədiyini düşünüb həyəcan keçirmək və ya əllərini yuduqdan sonra yaxşı sabunlamadığını düşünərək yenidən sabunlamaq. Sarışan hallar nevrozunun əsas əlamətləri beyindən çıxmayan yorucu fikirlərdir. İnsan ağır xəstəliyə tutulmaqdan qorxur tez tez ölüm qorxusu yaranır.

    Bir çox insanların ağlına vaxtaşırı olaraq doğmalarının, sevdiklərinin başına pis hadisə gələcəyi, onların hər hansı bir dəhşətli xəstəliyə tutulacağları fikrinə gəlir. Ancaq bu kimi hallar, bu tərz insanların günlük yaşantısına və sosiallığına təsir etmədikcə xəstəlik sayıla bilməz.



    Belə ki, təmizlik, simmetriya, dini, cinsi ehtiyat kimi obsessiyalar vardır. Ən çox rast gəldiklərimiz sayma, yoxlama təmizlikdir. Konkret bir yaranma səbəbi yoxdur, ancaq obsessiyalı insanlarla işlədikdə onlarda uşaqlıq travmaları, mükəmməliyyətçi valideynlərinin olması, ideal insan olmaq fikirləri olur.

    OKP neyrobioloji bir xəstəlikdir. Müalicə mütləqdir, bəzən həyat boyu davam edə bilər. Çünkü bəzən bir forma korreksiya edildikdə digər formaya keçə bilər.


    Uşaqlarda obsessiv komplusiv pozuntu çox az rast gəlinir. Yetkinlik yaşına çatmamışdan əvvəl uşaqlıq dövründə görünməyi normaldır. Uşaq eyni fikri dəfələrlə təkrar edir, tez tez yuyunmaq istəyir. Əgər bu vərdişlərdə hər hansı bir dəyişiklik baş verərsə, uşaqda təşviş yaradır.



    Öz övladının sarışan ideyalardan əziyyət çəkdiyini, onun dolğun həyat sürə bilməyib, həmyaşıdları ilə ünsiyyətdə çətinlik çəkdiyini görmək valideynlər üçün asan deyil. Belə olan halda, valideynlər də uşaqla birgə qorxu, həyəcan , yorğunluq və əlacsızlıq hissi keçirirlər. Mütəxəssislər bu məqama da ciddi fikir verir, qeyd olunan terapiyalarla yanaşı, valideyn-övlad münasibətlərini lazımi qaydada tənzimləyirlər.

    Bəli, uşaq müalicə kursundan sonra xəstəliyin simptomlarından həmişəlik yaxa qurtara bilər, lakin baş verənlər şübhəsiz ki, onun psixi inkişafında öz izini qoyacaq.

    Ona görə də valideynlər bu izi necə aradan qaldırmağı, övladını yeni həyacan və xəstəliyin residivlərindən hansı yollarla qorumağın yollarını dəqiq bilməlidirlər.

    Bunun üçün mütəxəssis valideynə lazımi təlimatlar verir, həyəcanı aradan qaldırmağın texnikalarını öyrədir.

    Beləliklə, növbəti stress situasiyyasında valideyn xəstəliyin kəskinləşməsi və ya qayıdışının qarşısını artıq müstəqil şəkildə ala bilir.



    Bu kimi xoşagəlməz halları psixoloji meditasiyalar, beyni rahatlandırıcı kodlamalar apararaq yüngülləşdirmək mümkündür.


    Qeyd - OKP və Panik atak zamanı düşüncələrmizi belə kodlaşdıra bilərik -

    - Həyatı öz axarında yaşamağı qəbul edirəm.
    - Yaşamağa davam edəcək gücə malik olduğumu bilirəm.
    - Bədənimə hökm etməyi bilirəm.
    - Fikirlərimi, düşüncələrimi idarə etməyi bilirəm.
    - Özümə dəyər verməyi bilirəm.
    - Qorxularımdan uzaqlaşmağı və sonsuz sevgiylə yaşamağı bilirəm.
    - Ətrafımdakı insanların sağlam olduğunu bilirəm.
    - Özümü enerjim ilə şəfalandırıram.


    Qeyd – Yuxarıdakı kodlaşmaların hər gün 11 dəfə, 21 gün ardıcıl olaraq deyilməsi məsləhət görülür.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR