AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Xalq artisti vəfat etdi

  • + A
  • - A
  • 5-10-2021, 08:04


    Azərbaycanın Xalq artisti Vaqif Şərifov vəfat edib.

    Bu barədə “Qafqazinfo”ya məlumatı Gəncə Dövlət Dram Teatrının Ədəbi-hissə müdiri, teatrşünas Anar Burcəliyev verib.

    Onun sözlərinə görə, teatr rejissoru Vaqif Şərifov oktyabrın 5-i səhərə yaxın dünyasını dəyişib.

    Xatırladaq ki, V.Şərifov bir neçə gün öncə ürəyində yaranan problemlərə görə xəstəxanaya yerləşdirilmişdi.

    Qeyd edək ki, Vaqif Şərifov 1943-cü ildə Gəncədə anadan olub. Müxtəlif illərdə Nazim Hikmətin “Demoklsın qılıncı”, Hüseyn Cavidin “Maral”, Cəfər Cabbarlının “Almaz”, “Yaşar”, Elçinin “Qatil”, Süleyman Sani Axundovun “Eşq və intiqam”, İsmayıl Şıxlının “Dəli Kür” və s. pyeslərə quruluşlar verib. V.Şərifov 2014-cü ildə Xalq artisti fəxri adına layiq görülmüşdü.

    Allah rəhmət eləsin!


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR