AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ali məktəblərə qəbulda yenilik (VİDEO)

  • + A
  • - A
  • 10-10-2021, 12:20


    Peşə təhsili haqqında dövlət sənədi ilə universitetə imtahansız daxil olmaq mümkün olacaq.

    AzadMedia.az "XəzərXəbər"ə istinadla xəbər verir ki, Təhsil Nazirliyi yanında İctimai Şuranın məsul katibi İlqar Orucov "Xəzər Xəbər"ə bildirib ki, yüksək texniki peşə səviyyəsi üzrə peşə təhsili haqqında dövlət sənədi ali təhsil müəssisəsinə daxil olmaq hüququ yaradacaq və növbəti təhsil pilləsində ali təhsil almaq üçün əsas sayılacaq.

    Onun sözlərinə görə, Milli Məclisin növbəti iclaslarında "Təhsil haqqında" və "Peşə təhsili haqqında" qanun layihələrinə dəyişikliklərin edilməsi planlaşdırılır.

    İlqar Orucov düşünür ki, peşə təhsilini bitirənlərin oxuduğu ixtisaslar üzrə ali məktəblərə qəbul olunması kadr hazırlığının keyfiyyətini daha da yaxşılaşıdıracaq.

    Dəyişikliyə əsasən, peşə təhsil mərkəzinə qəbul olunan şəxslərə yüksək texniki peşə təhsili ilə yanaşı, tam orta təhsil almaq hüququ da veriləcək.

    İlqar Orucov əlavə edib ki, vacib dəyişikliklərdən biri də kredit sisteminin tətbiqi ilə bağlıdır. Yüksək texniki peşə təhsilini bitirmiş şəxslərə subbakalavr ixtisas dərəcəsinin verilməsi və ali təhsil müəssisələrinə qəbul hüququnun təsbit olunması yüksək texniki peşə təhsili səviyyəsi üzrə tədrisin təşkilində kredit sisteminin tətbiqini zəruri edir. Ali təhsil pillələri üzrə tədris Avropa Kredit Transfer Sisteminə uyğun olaraq hazırlanmış kredit sistemi ilə təşkil edilir ki, bu da təhsil pillələrində əldə edilmiş kreditlərin digər təhsil pilləsində tanınmasına imkan verir.

    İlqar Orucov onu da əlavə edib ki, peşə təhsili haqqında dövlət sənədi ilə ali məktəblərə qəbul olan tələbələr ödənişli əsaslarla təhsil alacaqlar.

    Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR