AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Gənclər və idman naziri cənub bölgəsində - Lənkəran, Astara, Masallı, Cəlilabad və Biləsuvarda səfərdə olub

  • + A
  • - A
  • 15-10-2021, 09:45


    Gənclər və idman naziri cənub bölgəsində səfərdə olub.

    Azadmedia.az-ın cənub bürosunun məlumatına görə, Gənclər və idman naziri cənub bölgəsində fəaliyyət göstərən idman qurğuları ilə tanış olub.

    Azərbaycan Respublikasının Gənclər və idman naziri Fərid Qayıbov səfər çərçivəsində F.Qayıbov Lənkəran, Astara, Masallı, Cəlilabad və Biləsuvar Olimpiya İdman komplekslərində olub. Bu idman mərkəzlərində yaradılmış şəraitlə tanış olaraq, onların fəaliyyətləri ilə maraqlanıb, müxtəlif idman növləri üzrə məşq proseslərini izləyib.

    Gənclər və idman naziri, həmçinin Masallıda yerləşən Regional Taekvondo Mərkəzində və Regional Boks Mərkəzində, eləcə də Masallı, Lənkəran və Biləsuvarda fəaliyyət göstərən Gənclər evlərində olub və bu mərkəzlərdə yaradılmış şəraitlə maraqlanıb.

    Nazir qurğuların gənclərə və idmançılara xidmət səviyyəsinin genişləndirilməsinin önəmini qeyd edib və bununla bağlı müvafiq tövsiyələr verib.


    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR