Abşeronda yük maşınları toqquşdu

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Abşeron rayonu ərazisində “Fiat” markalı minik avtomobilinin “Каmaz” markalı yük avtomobilinə çırpılması barədə məlumat daxil olub.
FHN-dən
Azadmedia.az-a bildirilib ki, hadisə yerinə cəlb olunan FHN-nin Xususi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan sürücünü deformasiyaya uğrayan “Fiat” markalı minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
www.AzadMedia.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR