COVID-19 pandemiyası dövründə Azərbaycanda 16 jurnalist koronavirusdan dünyasını dəyişib.
Bu barədə Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) illik hesabatında bildirilib.
Monitorinqin nəticələrinə görə, jurnalistlər arasında yoluxanların sayı 288 nəfərə yaxın olub (2020-ci ildə 117 nəfər olmuşdu). Bununla da 2020-21-ci illərdə yoluxanların ümumi sayı 405 nəfərə çatıb.
COVID-19-a yoluxma səbəbindən həyatını itirən jurnalistlərin sayı 2021-ci ildə 8 nəfər olub (2020-ci ildə də 8 nəfər olub). Bununla da, 2020- 21-ci illərdə koronavirusdan vəfat edən jurnalistlərin ümumi sayı 16 nəfərə yüksəlib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.