AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallı və Cəlilabad rayonlarının bir sıra kəndlərini sel basıb - Əkin sahələri tamamilə su altındadır - FOTO

  • + A
  • - A
  • 19-03-2022, 18:43

    Masallı və Cəlilabad rayonlarının bir sıra kəndlərini sel basıb - Əkin sahələri tamamilə su altındadır - FOTO

    Cənub bölgəsinə yağan intensiv yağışlar nəticəsində çaylarda və su kanallarında sululuğun artması, qısamüddətli sel və daşqınlar nəticəsində, 50-dən çox yaşayış məntəqəsini, əkin sahələrini sel basıb, ərazilər su altındadır.

    Azadmedia.az-ın cənub bürosunun məlumatına görə, dünəndən başlanan və gecə saatlarında daha da intensivləşən yağış rayonun bir çox kəndlərini tamamilə su altında qoyub. Cənub rayonlarına yağan yağış aylıq normadan 50%-dən çox olduğu bildirilir.

    Belə ki, saat 04-20, 04-30 radələrində Masallı rayonunun Köhnə Alvadı və Boradigah kəndlərində çaylar daşaraq sahil boyu tikilmiş evlərin həyətyanı sahələrini su altında qoyub.
    Məlumata görə, hazırda Təzə Alvadı, Bədəlan, Əhmədli, Boradigah, Mollaoba kəndlərinin xeyli hissəsi su altındadır, həmçinin Təzə Alvadı kəndindən 16 evin, Əhmədli kəndindən 23 evin birinci mərtəbəsi su altındadır, həmin ərazilərdən FHN xidməti 50 dən çox insanı təxliyyə edib.

    Nəzərinizə çatdıraq ki, Cəliləbad rayonunda da Mişar çayının daşması nəticəsində çaya yaxın kəndlər, xüsusilə Maşlıq kəndini sel basıb.
    Eyni zamanda, Cəlilabadda yenicə çıxmaqda olan kartof və çiyələk sahələri demək olar ki, su altında qalıb.

    Qeyd edək ki, Yağıntıların törətdiyi fəsadların aradan qaldırılması üçün dərhal Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi, Mülki müdafiə qoşunları, Xüsusi Riskli Xilasetmə Xidməti, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti və Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvə və texnikaları Masallı rayonu və Cəlilabad rayonunun kəndləridə xilasetmə, suçəkmə və digər təxirəsalınmaz təcili tədbirlərin həyata keçirilməsinə cəlb olunub.

    Hazırda əməliyyat davam edir.

    FHN əhaliyə müraciət edərək havaların yağmurlu keçməsi, bəzi ərazilərdə intensiv xarakter alması ilə əlaqədar zəruri təhlükəsizlik qaydalarına riayət etməyi, o cümlədən daşqın və sel təhlükəli ərazilərdən uzaq durmağı, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmağı tövsiyə edir.






    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR