Azərbaycan Respublikasının Prezidentinin diqqət və qayğısı sayəsində ordumuzun inkişafı, sosial-məişət və xidmət şəraitinin yaxşılaşdırılması ilə bağlı əldə edilən uğurlar Azərbaycan Ordusunda xidmətə olan marağın artmasına səbəb olub.
Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Ordusu tarixi qələbə qazanaraq torpaqlarımızı işğaldan azad etdikdən sonra gənclər arasında Vətən sevgisi, vətənpərvərlik hissi, Ordumuza olan hörmət və ehtiram daha böyük vüsət alıb.
Bu il müraciət edənlərin rahatlığını təmin etmək məqsədilə sənədlərin qəbulu, müayinələrin keçirilmə müddətini azaltmaq və qəbul prosesinin səmərəliliyini artırmaq sahəsində bir çox yeniliklər edilib. Qəbul prosesinin təşkilində bəzi yeni üsullar tətbiq edilib ki, bu da vaxt itkisinin azalmasına, yaranmış sualların operativ həllinə və müraciətlərin qısa zamanda cavablandırılmasına imkan verir.
Müdafiə Nazirliyi rəhbərliyinin tapşırığına əsasən, qəbul komissiyaları fəaliyyət göstərən yerlərdə müraciət edənlərin rahat və qısa müddətdə tibbi müayinədən keçmələri üçün səyyar hərbi həkim komissiyaları yaradılıb.
Görülən uğurlu işlərin nəticəsidir ki, əvvəlki illər ilə müqayisədə bu il hərbi xidmətə könüllü daxil olmaq arzusunda olan gənclərin sayı xeyli artıb. Namizədlərin sayının çoxluğu nəzərə alınaraq Müdafiə Nazirliyinin rəhbərliyi yenidən növbəti qəbul prosesininin başlanması ilə bağlı göstəriş verib.
Ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilmiş müddətli həqiqi hərbi xidmətini başa vurmuş, 30 yaşınadək hərbi vəzifəlilər aprelin 4-dən cari ilin sonunadək Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində fəaliyyət göstərən qəbul komissiyasına müraciət edə bilərlər.
“Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu”na qəbul olunmaq üçün müraciət etmiş vətəndaşlar qəbul komissiyası tərəfindən hərbi xidmətə yararlılıq dərəcələrinin müəyyən edilməsi məqsədi ilə Müdafiə Nazirliyinin müvafiq tibb müəssisələrinə göndərilir. Hərbi Həkim Komissiyalarının qərarına əsasən hərbi xidmətə yararlı hesab edilmiş şəxslər qəbul imtahanlarına buraxılır.
Fiziki hazırlığı, ümumi bilik səviyyəsi, düşünmə qabiliyyəti, peşə maraqları, ünsiyyət qurmaq, liderlik və qərar qəbuletmə bacarıqları, həmçinin fərdi-psixoloji və digər keyfiyyətlərinin öyrənilməsi məqsədilə keçirilən imtahanları müvəffəqiyyətlə vermiş namizədlər kursa qəbul edilir.
Kursu müvəffəqiyyətlə başa vuran şəxslərlə üç il müddətinə bağlaşma imzalanır və onlar ixtisaslarına uyğun müvafiq vəzifələrə təyin olunur.
Namizədlər qəbul komissiyasına müraciət edərkən aşağıdakı sənədləri təqdim etməlidir: