Bakı-Quba yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən verilən məlumata görə, hadisə Bakı-Quba yolunun 98-ci km-də, Siyəzən rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, "Mersedes Vito" markalı mikroavtobusla TIR toqquşub. İlkin məlumata görə yol-nəqliyyat hadisəsində 6 nəfərin öldüyü bildirilir. Ölənlərin hamısı mikroavtobusda olan şəxslər olub. TIR sürücüsü isə xəsarət alıb.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib, xilasetmə tədbirləri görülür.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.