AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Deputat Məşhur Məmmədov: “Tarix Azərbaycan və Türkiyənin dərin və sarsılmaz birliyinə, qardaşlığına şahidlik edir!” - ÖZƏL AÇIQLAMA

  • + A
  • - A
  • 9-02-2023, 19:19


    Deputat Məşhur Məmmədov: “Tarix Azərbaycan və Türkiyənin dərin və sarsılmaz birliyinə, qardaşlığına şahidlik edir!” - ÖZƏL AÇIQLAMA


    Azərbaycan Milli Məclisinin deputatları qardaş Türkiyəyə yardım kampaniyasında dəstək nümayiş etdirir.

    Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvləri qardaş Türkiyəyə yardım aksiyasına qoşulub.


    “Tarix Azərbaycan və Türkiyənin dərin və sarsılmaz birliyinə, qardaşlığına şahidlik edir!”

    Azadmedia.az xəbər verir ki, bu sözləri açıqlamasında Milli Məclisin deputatı Məşhur Məmmədov bildirib.


    Deputat Məşhur Məmmədov, “Azərbaycan xalqı Türkiyənin yanındadır. Bu gördüyünüz mənzərə, xalqımızın təkcə bugündə yox, hər şeyi ilə hər zaman ağır günlərdə Türkiyə xalqının yaralarını sarmağa hazır olduğunun bariz nümunəsidir. Azərbaycan xalqı istər mənəvi, istər maddi cəhətdən hər cür dəstəyi göstərməyə hazırdır. Bugün hər bir azərbaycan vətəndaşı qardaş Türkiyənin ağrısı ilə yaşayır. Qardaş ölkədə uçqunlar, dağıntılar altından bir uşaq belə sağ-salamat çıxarılanda bu hal, hər birimizin dərin sevincinə səbəb olur. Bu əlbəttə ki, birliyimizin, bir-birimizə sadiqliyimizin, həmrəyliyimizin, pis və yaxşı günlərdə hər daim bir-birimizin yanında olmağımızın göstəricisidir.
    Tarix hər iki ölkənin dərin və sarsılmaz birliyinə, qardaşlığına şahidlik edir! Zəlzələdən xəsarət alanlara şəfa, dünyasını dəyişənlərə isə Allahdan rəhmət diləyirəm!” - Deyə vurğulayıb.




    Qeyd edək ki, Azərbaycan deputatları tərəfindən çadırlar, qızdırıcı avadanlıqlar, generatorlar, yataq dəstləri, geyimlər və başqa lazımi avadanlıqların Türkiyəyə göndərilməsi üçün aksiyaya dəstək verilib.

    Xatırladaq ki, fevralın 6-da Türkiyədə baş verən zəlzələ 7,7 bal gücündə olub. Zəlzələdən 10 vilayət zərər çəkib, minlərlə sakin həlak olub və xəsarət alıb.







    Ü. Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR