AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Deputat İqbal Məmmədov - “Azərbaycan hər zaman olduğu kimi bugün də Türkiyə ilə çiyin-çiyindədir” - ÖZƏL AÇIQLAMA

  • + A
  • - A
  • 9-02-2023, 20:17

    Deputat İqbal Məmmədov - “Azərbaycan hər zaman olduğu kimi bugün də Türkiyə ilə çiyin-çiyindədir” - ÖZƏL AÇIQLAMA



    Qardaş Türkiyədə baş vermiş güclü zəlzələdən zərərçəkənlərə yardım aksiyasına
    Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvləri də qoşulub.


    “Qardaş Türkiyədə baş verən dəhşətli təbii fəlakətə olduqca üzülür, Türkiyə xalqının hər zaman yanında olduğumuzu bildiririk.”
    Bu sözləri Azadmedia.az-a olan açıqlamasında Deputat İqbal Məmmədov vurğulayıb.

    “Əlbəttə ki, qardaş ölkədə böyük insan tələfatı ilə nəticələnən zəlzələ xəbəri bizi dərindən sarsıdıb. Türkiyə xalqının hər zaman yanındayıq, xalqımız onlara lazımi dəstəyini əsirgəməyəcək. Hər birimiz faciənin nəticələri aradan qaldırılana kimi öz maddi, mənəvi dəstəyimizi göstərəcəyik. İndi hamımızın həmrəy olmaq zamanıdır. Eyni zamanda, Türkiyənin dünyada böyük bir qüvvə olduğunu danmaq olmaz. Qardaş türk xalqı, inşaallah bunu da atlatacaq. Azərbaycan hər zaman olduğu kimi bugün də Türkiyə ilə çiyin-çiyindədir”. - Deyə deputat İqbal Məmmədov açıqlamasında bildirib.

    Qeyd edək ki, Azərbaycan deputatları tərəfindən çadırlar, qızdırıcı avadanlıqlar, generatorlar, yataq dəstləri, geyimlər və başqa lazımi avadanlıqların Türkiyəyə göndərilməsi üçün aksiyaya dəstək verilib.

    Xatırladaq ki, fevralın 6-da Türkiyədə baş verən zəlzələ 7,7 bal gücündə olub. Zəlzələdən 10 vilayət zərər çəkib, minlərlə sakin həlak olub və xəsarət alıb.
















    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR