"Frans Press" agentliyinin jurnalisti Arman Soldin Ukraynanın şərqində həlak olub.
Azadmedia.az xəbər verir ki, bu barədə agentliyin Tvitter hesabında məlumat yayılıb.
Qeyd edək, o, Ukraynanın şərqində hərbi əməliyyatların episentri olan Baxmut yaxınlığındakı Çasovoy Yar şəhərinə raket hücumu nəticəsində ölüb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.