AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

David Spurgel Meksika parlamentində nümayiş etdirilən "yadplanetli mumiyaları"ndan danışıb - KİV

  • + A
  • - A
  • 16-09-2023, 17:29

    David Spurgel Meksika parlamentində nümayiş etdirilən "yadplanetli mumiyaları"ndan danışıb -



    NASA-nın naməlum anomal hadisələrlə bağlı hesabatının işlənməsində iştirak edən astrofizik David Spurgel Meksika parlamentində nümayiş etdirilən "yadplanetli mumiyaları"ndan danışıb.

    Azadmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

    Beıə ki, NASA-nın mətbuat konfransı zamanı jurnalistlərdən biri astrofizikdən Peruda tapıldığı iddia edilən “canlı”larla bağlı Meksika səlahiyyətliləri ilə əlaqə saxlayıb-saxlamadığı və onun bu tapıntılara əhəmiyyət verib-vermədiyi barədə soruşub.

    Həmçinin Spurgel cavab verib ki, o, Meksikada nümayiş olunan “yadplanetlilər” haqqında ancaq internetdən məlumatlıdır. Astrofizik deyib ki, onların həqiqiliyini yalnız mütəxəssislər qiymətləndirə bilər. Onun sözlərinə görə, 50 il əvvəl Aydakı torpaq nümunələri Yer üzünə gətirilərkən, dünya alimləri tərəfindən onun tədqiqatı təmin edilib. Bu vəziyyətdə də eyni edilməlidir. “Əgər qəribə bir şeyiniz varsa, dünya elmi ictimaiyyətinə nümunələr təqdim edin və bunun nə olduğunu görək”, - deyə o əlavə edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR