İsrail hərbi qüvvələrinin Qəzza zolağındakı Şifa xəstəxanasından fələstinli xəstə və cəsədləri qaçırdığı bildirilib.
Qəzza zolağındakı Şifa xəstəxanasının həkimi Mutez Harara İsrail ordusunun xəstəxanaya basqını zamanı baş verənlərlə bağlı Türkiyə mətbuatına məlumat verib.
Basqın zamanı İsrail əsgərlərinin tibb işçilərinə hücum etdiyini söyləyən Harara xəstə və cəsədlərdən əsgərlər tərəfindən aparıldığını bildirib: “İsrail ordusu xəstəxanada elektrik enerjisini kəsib və tibbi avadanlıqları yararsız hala saldı. Əsgərlər xəstəxanadan çıxmazdan əvvəl generator və tibbi avadanlıqların yerləşdiyi bölmələri partlatdı”.
Digər fələstinli həkim Mustafa Sekik basqın zamanı İsrail əsgərlərinin xəstəxanada olanların yerlərindən tərpənməsinə belə icazə vermədiyini, insanların bu müddət ərzində ac qaldığını söylədi. TRT
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.