Kiyevdə “Vətən” abidəsinin yanında asılan Ukraynanın ən böyük bayrağı güclü külək nəticəsində ikiyə bölünüb.
Azadmedia.az xəbər verir ki, bu barədə TASS şəhər administrasiyasına istinadən məlumat yayıb. Belə ki, yerli hakimiyyət bayrağın təxminən 90 metr hündürlükdə yerləşdirildiyini bildirib. Ölçüləri 16x24 metrdir.
Qeyd edək ku, administrasiyadan verilən məlumata görə, dünən əlverişsiz hava şəraiti ilə əlaqədar bayraq yarıya qədər endirilsə də, onu qorumaq mümkün olmayıb. Bayraq yenisi ilə əvəzlənəcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.