İsrailin raket zərbələri nəticəsində SEPAH-ın iki müşaviri öldürülüb.
Azadmedia.az xəbər verir ki, bu barədə İranın İslam İnqilabı Keşikçiləri Korpusundan məlumat verilib.
Belə ki, "İslam İnqilabı Keşikçiləri Korpusunun iki hərbi müşaviri Suriyada İsrailin son bombardmanı nəticəsində öldürülüb", - deyə məlumatda vurğulanıb.
Qeyd edək ki, bu gün İsrailin Hərbi Hava Qüvvələri Dəməşqin ətrafına raket zərbələri endirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.