İtaliyada səhiyyə işçiləri 24 saatlıq milli tətil edib.
Belə ki, buna səbəb kimi 2024-cü ilin büdcəsində səhiyyə xərclərinin və həkimlərin pensiya hüquqlarının azaldılması göstərilir.
Həmçinin bu sahədə fəaliyyət göstərən həmkarlar ittifaqlarının qərarı keçirilən tətildə ölkə üzrə səhiyyə işçilərinin 85 faizi iştirak edib.
Qeyd edək ki, tətil səbəbindən ölkə boyu xəstəxanalarda sıxlıq yaranıb, minlərlə insanın həkim qəbulu, testləri və əməliyyatları təxirə salınıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.