İsrail Müdafiə Qüvvələri Fələstinin HƏMAS hərəkatının Qəzza zolağında 138 nəfəri girov saxlamağa davam etdiyini təsdiqləyib.
Azadmedia.az xəbər verir ki, bu barədə “The Jerusalem Post” qəzeti Silahlı Qüvvələrin nümayəndəsi Daniel Həqariyə istinadla məlumat yayıb.
Qeyd olunub ki, oktyabrın 7-dən itkin düşmüş hesab edilən bir nəfər hazırda HƏMAS-ın 138 girovu arasındadır. İsrail ordusunun bəyanatında deyilir ki, Qəzzada saxlanılanlar arasında 20 qadın və uşaq var.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.