“Air France”, “Lufthansa” və “Etihad” aviaşirkətlərinin reklamları onların ətraf mühitə təsirlə bağlı istehlakçılara yanlış məlumat vermələri səbəbindən qadağan olunub.
Azadmedia.az AZƏRTAC-a istinadən xəbər verir ki, Reklam Standartları İdarəsinə (ASA/Böyük Britaniya) istinadla xəbər verir ki, “Air France” aviaşirkətinin reklamında onun “ətraf mühitin mühafizəsinə sadiq olduğu”, “Lufthansa”nın sərnişinləri “daha ekoloji” uçuşlara çağırdığı qeyd olunub. “Etihad” aviaşirkətinin reklamında isə “ətraf mühitin mühafizəsi” sözlərindən istifadə edilib.
Belə ki, ASA-nın məlumatına görə, reklamlar hava yollarının iqlim dəyişikliyinə təsirini əks etdirmir. “Lufthansa” və “Etihad” reklamlarını silib, “Air France” isə araşdırmaya "əhəmiyyətli cavab" verməyib. Aviaşirkətin insanlara “daha yaxşı və yaşıl səyahət” etməyə imkan verdiyi iddialarından “Air France” müştəriləri onun hava ilə səyahət etmək üçün davamlı və ekoloji cəhətdən təmiz bir yol təklif etdiyi qənaətinə gələ bilər, lakin bu, doğru deyil.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.