Qırğızıstanda Kamçıbek Kolbayev və Rayımbek Matraimovun mafiyası ilə gizli əlaqədə olan 226 məmur ifşa edilib, onların 180-dən çoxu tutduğu vəzifədən kənarlaşdırılıb.
Azadmedia.az xəbər verir ki, Qırğızıstan Milli Təhlükəsizlik Komitəsinin məlumatına görə, mafiya ilə əlaqələrinə görə Gömrük Xidmətində 76 nəfər, Daxili İşlər Nazirliyində isə 14 nəfər tutduqları vəzifələrdən azad edilib. Rayonların dövlət idarələrində və yerli özünüidarəetmə orqanlarında çalışan 65 nəfər işdən xaric edilib, həmçinin 6 deputat mandatını təhvil verib. Cinayət işi ilə bağlı digər nazirlik və idarələrin bir sıra əməkdaşları da işdən çıxarılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.