Pakistanın Xeybər-Paxtunxva əyalətinin şimal-qərbində polis məntəqəsində partlayış baş verib.
Azadmedia.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Belə ki, partlayış nəticəsində azı dörd polis ölüb, bir neçəsi yaralanıb.
Həmçinin eyni əyalətin Dera İsmayıl Xan rayonunda həyata keçirilən növbəti terror aktı nəticəsində daha 28 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Qeyd edək ki, hadisələrə görə məsuliyyəti “Təhrik-i-Taliban Pakistan” terror qruplaşması öz üzərinə götürüb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.