AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ukraynanın Odessa limanında mülki infrastruktura hücum - Son dəqiqə

  • + A
  • - A
  • 14-12-2023, 21:05

    Ukraynanın Odessa limanında mülki infrastruktura hücum -


    Rusiyaya məxsus pilotsuz uçuş aparatı (PUA) Ukraynanın Odessa limanında mülki infrastruktura hücum edən zaman Rumıniya ərazisinə düşüb.
    Azadmedia.az xəbər verir ki, bu barədə Rumıniya Müdafiə Nazirliyinin məlumatında deyilir.

    Belə ki, PUA-nın hücumu zamanı Rumıniya tərəfi F-16 və hazırda bu ölkə ərazisində olan Almaniyanın “Tayfun” qırıcılarını havaya qaldırıb. Radarlar ən azı bir Rusiya PUA-sının Rumıniyanın hava məkanına daxil olduğunu aşkar edib.

    Qeyd edək ki, nazirlik ardınca PUA-nın boş əraziyə düşdüyünü açıqlayıb, uçan obyektin vurulması barədə hər hansı açıqlama verilməyib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR