İsrail Müdafiə Qüvvələri HƏMAS-ın indiyə qədər ən böyük yeraltı tunelini aşkar edib.
Azadmedia.az xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.
Belə ki, İsrail hərbçiləri Qəzza zolağının şimalında, İsraillə keçid məntəqəsinin yaxınlığında bu tunelin dəhlizlərindən birinə rast gəliblər. Tunel təxminən 4 kilometr uzunluğundadır və bəzi hissələrdə yerin səthindən 50 metr dərinlikdədir. Eyni zamanda, tunelin avtomobillərin oradan keçməsi üçün kifayət qədər geniş olduğu bildirilir.
Qeyd edək ki, tunel birbaşa İsrail ərazisinə daxil deyil, sərhəddən təxminən 400 metr aralıda bitir. Tuneldə bir neçə qol və qovşaq, həmçinin su, elektrik və kommunikasiya xətləri var. Hərbçilərin dediyinə görə, tunelin bəzi hissələrində İsrail hərbçilərinin içəri girməsinin qarşısını almalı olan “partlayış qapıları” tapılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.