Sistan və Bəlucistan əyalətinin Rask şəhərinin polis məntəqəsində güclü yanğın baş verib.
Azadmedia.az xəbər verir ki, bu barədə Bəluc Fəallarının Kampaniyası məlumat yayıb.
Belə ki, dekabrın 25-dən 26-a keçən gecə polis bölməsində partlayış səsləri eşidildikdən sonra yanğının başladığı bildirilir.
Həmçinin rəsmi məlumatda hadisənin qaynaq işləri aparılması səbəbindən meydana gəldiyi iddia edilib.
Qeyri-rəsmi məlumatlarda polis bölməsinə yenidən hücum edildiyi qeyd olunub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.