İranın Kirman şəhərində törədilən terror aktlarında iştirakda şübhəli bilinən bir neçə nəfər həbs olunub.
Azadmedia.az xəbər verir ki, bu barədə İranın Daxili İşlər Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, kəşfiyyat orqanları hadisə ilə bağlı müəyyən detallar toplaya bilib.
Belə ki, konkret olaraq hansı detallardan söhbət getdiyi açıqlanmayıb.
Qeyd edək ki, yanvarın 3-də Kirman şəhərində Qüds briqadasının keçmiş komandiri Qasım Süleymaninin ölümünün 4-cü ildönümü mərasimində iki partlayış törədilib. Nəticədə 84 nəfər ölüb, 284 nəfər yaralanıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.