Ukraynada əlverişsiz hava şəraiti səbəbindən 850-dən çox yaşayış məntəqəsi enerjisiz qalıb.
Azadmedia.az xəbər verir ki, “Ukrenerqo” enerji kompaniyası bu barədə sosial media hesabında məlumat yayıb.
Belə ki, “Səhər saatlarında əlverişsiz hava şəraiti ilə əlaqədar 396 yaşayış məntəqəsinə elektrik enerjisinin verilməsi dayanıb. Həmçinin döyüş əməliyyatları və digər səbəblərə görə 463 yaşayış məntəqəsi işıqsız qalıb”, - deyə məlumatda bildirilir.
Həmçinin ölkənin enerji sisteminin dayanıqlığını qorumaq üçün Slovakiya və Rumıniyadan ümumi həcmi 2865 MVt olan elektrik enerjisinin idxal olunduğu qeyd edilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.