Bu gün səhər saatlarında İranın Sistan və Bəlucistan əyalətinin Çabahar şəhərində yerləşən neft-kimiya müəssisəsinə 3 raket düşüb.
Azadmedia.az xəbər verir ki, bu barədə yerli mənbələrə istinadən məlumat yayılıb.
Belə ki, yerli şahidlərin dediyinə görə, Çabahar şəhərinin şərqindən buraxılan 5 raketdən ikisi havada zərərsizləşdirilib, biri zavoda, ikisi isə zavodun yaxınlığına düşüb.
Həmçinin raketlərin SEPAH tərəfindən buraxıldığı və texniki nasazlıq səbəbindən zavoda düşdüyü bildirilib.
Qeyd edək ki, hadisənin təfərrüatı və insan itkisi barədə əlavə məlumat verilməyib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.