"Pençe-Kilid" əməliyyat zonasında (İraqda) Türkiyə ordusunun bir hərbçisi şəhid olub, daha biri isə yaralanıb.
Azadmedia.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatında deyilir.
Belə ki, “11 yanvar 2024-cü ildə "Pençe-Kilid" əməliyyatı bölgəsində terror qruplarının təxribatı nəticəsində hərbçimiz Samət Aslan şəhid olub, daha bir qəhrəman silahdaşımız da yaralanıb”, - deyə bildirilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.