ABŞ və İngiltərə hərbi hava qüvvələri Yəmənin 5 şəhərinə hava zərbələri endirib.
Azadmedia.az TRT-yə istinadən xəbər verir ki, ABŞ və İngiltərəyə məxsus döyüş təyyarələri Səda, Zimmar, Hudeyda, Taiz və Beyda şəhərlərini hədəfə alıb.
Qeyd edək ki, Yəməndəki husilər Ədən körfəzindəki ABŞ-a məxsus gəmi "Ginco Picardie"ni "bir sıra uyğun dəniz raketləri ilə birbaşa vuraraq" hədəf aldıqlarını açıqlayıblar.
Belə ki, Husilərə bağlı Yəmən Silahlı Qüvvələrinin məsələ ilə bağlı açıqlamasında “Yəmənin qanuni müdafiə hüququ çərçivəsində Ərəb və Qırmızı dənizdəki bütün təhdid mənbələrini hədəfə almaqdan çəkinməyəcəyik və məzlum Fələstin xalqını dəstəkləməyə davam edəcəyik”, - deyə bildirilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.