İranın Loristan əyalətinin Brucerd şəhərində mülki geyimli təhlükəsizlik məmuru 2 tələbəni güllələyib.
Azadmedia.az xəbər verir ki, bu barədə insan haqları təşkilatları məlumat yayıb.
Belə ki, təhlükəsizlik məmurları iki tələbənin olduğu avtomobili saxlayaraq onlardan düşmələrini istəyiblər. Məmurlar mülki geyimdə olduqları üçün tələbələr onların istəyinə tabe olmayıb, buna görə də onlar atəş açıb.
Həmçinin hadisə nəticəsində Anahita Əmirpur adlı qız tələbə ölüb, digər tələbə isə yaralanıb.
Brucerdin fərmandarı Müslüm Muradi hadisəni təsdiqləsə də, məmurların havaya atəş açdıqlarını, gənc qızın istəmədən öldürüldüyünü bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.