Avropa İttifaqı Şurası bu gün keçiriləcək iclasında Ermənistan və Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına dəstək məsələsini müzakirə edəcək.
Bu barədə TASS-a adı açıqlanmayan yüksək vəzifəli nümayəndə məlumat verib.
Onun sözlərinə görə, Aİ-nin 27 ölkəsinin xarici işlər nazirlərinin Brüsseldə keçiriləcək iclasının gündəliyinə digər məsələlərlə yanaşı, Aİ-nin Ermənistana dəstəyi və İrəvanla Bakı arasında nizamlanma məsələsi də daxildir.
Detallar açıqlanmayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.