AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İstanbulda saxtakarlardan 114 milyon dollar götürülüb

  • + A
  • - A
  • 5-06-2025, 23:21

    İstanbulda saxtakarlardan 114 milyon dollar götürülüb

    İstanbulda yeraltı saxta dollar istehsalının üstü açılıb. Polis 114 milyon dollar və əskinasların çapı üçün avadanlıq ələ keçirib.
    Saxta pulları İstanbul polisi ört-basdır edib, bu barədə Türkiyə Daxili İşlər Nazirliyinin rəhbəri Əli Yerlikaya bildirib.

    Nazirin sözlərinə görə, hüquq-mühafizə orqanlarının əməkdaşları Böyükçekmece rayonunda əməliyyat keçirib, əməliyyat zamanı saxta pulların çap olunduğu yeraltı mətbəənin üstünü açmağa nail olublar. Hamısı əcnəbi olmaqla 5 şübhəli saxlanılıb.

    Axtarış zamanı təqribən 114 milyon ABŞ dolları məbləğində saxta əskinaslar və cinayətkarların pul çap etdikləri avadanlıqlar - həm dollar, həm də Səudiyyə Ərəbistanı və Misir də daxil olmaqla digər ölkələrin milli valyutaları götürülüb.

    İstintaq davam etdirilir, şübhəlilərin beynəlxalq cinayət qrupları ilə mümkün əlaqələri müəyyən edilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR