AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qanunsuz ov edən şəxslər cəzalandırılıb

  • + A
  • - A
  • 31-08-2021, 10:06


    Qanunsuz ov hallarının qarşısının alınması məqsədilə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Mahmudçala Ovçuluq Təsərrüfatının ərazisində qanunsuz ov edən şəxslər saxlanılıb.

    Xidmət rəsmisi Bəhruz Məhəmmədov Azadmedia.az-a bildirib ki, araşdırma zamanı brakonyerlərin Biləsuvar rayon sakinləri Pərviz Abdullayev, Samir və Xalid Əzimovlar olduğu müəyyən edilib.

    “Faktla bağlı qanun pozucuları barəsində qanunamüvafiq tədbirlər görülüb”.

    B.Məhəmmədov onu da qeyd edib ki, qanunsuz balıq ovunun qarşısının alınması məqsədilə keçirilən nəzarət tədbirləri zamanı isə Şəmkir su anbarından, Kür çayından və Yuxarı Qarabağ kanalından ümumilikdə 640 metr uzunluğunda sintetik tor yığışdırılıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR