AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Paytaxtın Suraxanı rayonunda aktiv koronavirus xəstələri polis əməkdaşları tərəfindən aşkar edilərək saxlanılıb

  • + A
  • - A
  • 13-09-2021, 17:23


    Paytaxtın Suraxanı rayonunda aktiv koronavirus xəstələri polis əməkdaşları tərəfindən aşkar edilərək saxlanılıb. Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən xidməti ərazidə profilaktik tədbir keçirilən zaman üç nəfər koronavirus xəstəsi saxlanılıb. Araşdırma aparılan zaman onların aktiv koronavirus xəstəsi kimi qeydiyyatda olan paytaxt sakinləri G.Alidarova, Vasif Bayramlı, Ramiz Əhmədov olduqları müəyyən edilib. Onların analizlərinin cavablarının pozitiv çıxmasına və evdə müalicəyə cəlb olunmalarına baxmayaraq bu tələblərə məhəl qoymayıb yaşadıqları ünvanları tərk ediblər. Həmin şəxslər aidiyyəti üzrə təhvil verilməklə, müalicə təyin olunan ünvana yerləşdiriliblər.
    Xəstəliklərin yayılması üçün real təhlükə yaradan şəxslər barəsində qanunvericiliyə uyğun olaraq araşdırmalar davam etdilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR