AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Tərtərdə narkotik tərkibli birkilərin kultivasiyası ilə məşğul olan şəxsdən silah götürülüb

  • + A
  • - A
  • 14-09-2021, 09:45


     “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər çərçivəsində Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları kultivasiya yolu ilə yetişdirilmiş narkotik tərkibli bitkilər yetişdirən şəxsdən silah da aşkar ediblər.
     
    DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Azadmedia.az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayonun Hüsənli kənd sakini Ceyhun Bağırov saxlanılıb. C.Bağırovun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman aqrotexniki qaydada qulluq edərək yetişdirdiyi çəkisi 1 kiloqram 500 qram olan 7 ədəd çətənə bitkisi və evindən 1 ədəd qoşa lüləli tüfəng aşkar edilərək götürülüb. 
     
    Tərtər RPŞ-nin keçirdiyi digər tədbirlə rayon ərazisində odlu silah aşkar edən şəxs həmin silahı polisə təhvil verib. Belə ki, Şıxarx kənd ərazisində yerləşən su kanalından tapılan 1 ədəd “Kalaşnikov” markalı avtomat və 1000 ədəd 5.45 çaplı patronlar RPŞ-yə təqdim olunub.
     
    Qeyd edilən faktlarla bağlı araşdırmalar davam etdirilir.
     


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR