AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bakıda restoran işçisini avtomobil vuraraq ÖLDÜRDÜ

  • + A
  • - A
  • 11-02-2022, 21:40

    Bakıda restoran işçisini avtomobil vuraraq ÖLDÜRDÜ

    Bakının Səbail rayonunda yol qəzası zamanı bir nəfər ölüb.

    AzadMdia.az xəbər verir ki, hadisə Dövlət Bayrağı Meydanının qarşısında qeydə alınıb.
    1976-cı il təvəllüdlü Aslanova Sevinc Tərlan qızı işlədiyi “Mangal Steake” restoranından çıxaraq yolun piyadalar üçün müəyyən edilməmiş hissəsindən əks tərəfə keçmək istəyib. Həmin vaxt onu “Chevrolet” markalı avtomobili idarə edən 1998-ci il təvəllüdlü Əliyev Murad Qorxmaz oğlu vurub. Qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb.

    Sürücü saxlanılıb.

    Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.(apa.az)


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR