AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Aİ Ukrayna aviaşirkətlərindən təyyarələri geri qaytarmağı tələb edib

  • + A
  • - A
  • 13-02-2022, 18:14

    Aİ Ukrayna aviaşirkətlərindən təyyarələri geri qaytarmağı tələb edib

    İcarəyə verənlər Ukrayna aviaşirkətlərindən təyyarələri Aİ-yə qaytarmağı tələb ediblər, Ukraynanın SkyUp aviadaşıyıcısının mətbuat xidməti xəbər verir. Məlumatda deyilir ki, 2022-ci il fevralın 12-də dünyanın ən böyük sığorta şirkətləri Ukrayna aviadaşıyıcılarına 48 saat ərzində Ukrayna hava məkanında uçuşlar üçün təyyarələrin sığortasını dayandıracaqlarını bildiriblər. Bu qərar hərbi əməliyyatların başlanması riskinin artması ilə bağlıdır. Müvafiq olaraq, təyyarənin sahibləri - icarəyə verənlər təyyarənin tezliklə Aİ-yə qaytarılmasını tələb edirlər

    Aviaşirkətin mətbuat xidmətindən bildirilib ki, mövcud vəziyyət dövlət səviyyəsində müzakirə olunur.
    “Uçuşları həmişəki kimi davam etdirmək üçün əlimizdən gələni edirik, lakin icarəyə verənlərin tələblərinə məhəl qoya bilmərik. Biz 2022-ci il fevralın 14-dən fevralın 16-dək olan uçuşlar üçün bilet satışını müvəqqəti dayandırmışıq və vəziyyətin həllini gözləyirik”, - deyə SkyUp-ın baş direktoru Dmitri Serouxov bildirib.

    Mətbuat həmçinin bir neçə Avropa və Amerika aviaşirkətinin Kiyev və Odessa hava limanlarına bir sıra reysləri ləğv etdiyini bildirib. Hollandiyanın KLM şirkəti şənbə günündən etibarən Ukraynaya uçuşları, eləcə də ölkənin hava məkanında bütün uçuşları dayandırıb.

    Bu gün Ukraynanın SkyUp aviaşirkətinin təyyarəsi Ukraynanın hava məkanına giriş qadağası səbəbindən Kiyevə uça bilməyib. Gəmi icarəyə verənin istəyi ilə Kişinyovda eniş edib.

    Şənbə günü səhər saatlarında Strana.ua öz mənbələrinə istinadən yazıb ki, Qərb sığorta şirkətləri fevralın 14-dən etibarən aviadaşıyıcıların Ukrayna üzərindən uçuşlarını qadağan edəcək.
    Tərcümə etdi: Elnurə
    Azadmedia.az


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR