Bakı şəhərinin Xətai rayonunda bir nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Azadmedia.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Bildirilib ki, hadisə yerinə FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.
Onlar mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1978-ci il təvəllüdlü Qasımov Vüsal Vaqif oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.