AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İsmayıllıda qanunsuz küçə ticarəti ilə məşğul olanlar cərimələnib

  • + A
  • - A
  • 18-02-2022, 17:14

    İsmayıllıda qanunsuz küçə ticarəti ilə məşğul olanlar cərimələnib

    İsmayıllıda qanunsuz küçə ticarətinin qarşısının alınması məqsədilə polis əməkdaşları tərəfindən şəhər ərazisində profilaktik tədbirlər həyata keçirilib.
    DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, keçirilən tədbirlər zamanı xüsusilə də səkilərdə piyadaların hərəkətini çətinləşdirən, küçələrdə natəmizlik yaradaraq pərakəndə ticarətlə məşğul olan satıcılar aşkarlanıb. Polis əməkdaşları həmin şəxslərlə maarifləndirici söhbətlər aparıb və xüsusilə də pandemiyanın yayıldığı bir zamanda qida məhsullarının antisanitar şəraitdə satılmasının düzgün olmadığını izah ediblər. Müəyyən edilən yerlərdə bu fəaliyyətlə məşğul olmalarının vacibliyini onların diqqətinə çatdırıblar və barələrində İnzibati Xətalar Məcəlləsinin 454-cü ( Qanunsuz küçə ticarəti, yəni müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməmiş yerlərdə malların satılmasına və ya işlərin görülməsinə görə ) maddəsi ilə protokol tərtib ediblər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR