AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallıda yük avtomobili ilə narkotik vasitələr daşıyan şəxslər saxlanılıb

  • + A
  • - A
  • 22-04-2022, 12:31

    Masallıda yük avtomobili ilə narkotik vasitələr daşıyan şəxslər saxlanılıb

    Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 3 nəfər saxlanılıb. Onlardan ümumilikdə 35 kiloqrama yaxın narkotik vasitə və psixotrop maddə aşkarlanaraq götürülüb.

    DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Azadmedia.az-a verilən məlumata görə, Masallı RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Ağcabədi rayon sakinləri Elnur Məmmədov və Elçin Məmmədov, Sumqayıt şəhər sakini Pərviz Məhərrəmov sonuncunun idarə etdiyi “Ford” markalı yük avtomobili ilə birlikdə Masallı rayonu ərazisində saxlanılaraq polis şöbəsinə gətiriliblər. Həmin avtomobilin yük yerinə keçirilən baxış zamanı oradan ümumi təmiz çəkisi 17 kiloqram 650 qram heroin, 10 kiloqram 750 qram marixuana, 600 ədəd metadon həbi və 6 kiloqram 315 qram psixotrop maddə metamfetamin aşkarlanaraq götürülüb.
    Araşdırmalarla müəyyən edilib ki, E.Məmmədov, P.Məhərrəmov və E.Məmmədov həmin narkotik vasitələri və psixotrop maddəni xarici ölkədə yaşayan narkotacir vasitəsilə əldə ediblər və ölkə ərazisində satışını təşkil etməli imişlər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR